“Avroviziya”nın finalında iştirak edəcək ilk 10 ölkə məlum oldu

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.

Metbuat.az xəbər verir ki, birinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edib: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.

SMS-səsverməsinin nəticələrinə əsasən, yarışmanın final mərhələsinə keçən 10 ölkə isə İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland olub.

Qeyd edək ki, Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən müğənni Nadir Rüstəmli ikinci yarımfinalda çıxış edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR