“Qarabağ” FK Qurban Qurbanovla olan müqaviləsinin müddəti uzadıb.
Metbuat.az xəbər verir ki, yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il komandanın baş məşqçisi olacaq.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci idən komandanı çalışdırır. “Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.