Rusiya əsgərlərinin silahsız mülki insanları güllələdiyi görüntülər

Rus əsgərlərinin mülki şəxsləri güllələdiyi anlar təhlükəsislik kameralarında qeydə alınıb.

Metbuat.az xarici KIV-ə istinadla xəbər verir ki,bu kadrlar hazırda Ukrayna prokurorları tərəfindən hərbi cinayətdə şübhəli bilinərək araşdırılır.

Qeyd olunur ki, Kiyev ətrafında və paytaxta gedən əsas yollar döyüş meydanı olub. Güllələnən həmin mülki vətəndaş velosiped mağazasında mühavizəçi işləyib. Videoda ağır silahlanmış beş rus əsgərinin iki silahsız ukraynalıya atəş açması və daha sonra dükanı qarət etməsi aydın görünür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR