Nazilə toya gəlməyənlərə səsləndi - "Həmin borcu qartarmalı idiniz"

Şair Nazilə Səfərli oğlu Nurlanın toyuna gəlməyənlərə səslənib.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "Tam Vaxtıdır" verilişində qonaq olarkən danışıb.

"Sənət aləmindən heç kəs deyə bilməz ki, onların övladının toyunda pul almışam. Dostlarımın toyunda vağzalıya kimi otururam. Düşünmüşəm ki, birdən nəsə lazım ola bilər. Aptekə belə getmək lazım olar, mən oradayam. Bəzilərindən fərqli olaraq, özümü ulduz kimi aparmıram. Oğlumun toyuna kim ki, gəlmədi onlarla üzbəüz danışacağam. Heç kim, heç kimə borclu deyil. Mənə qapınızda oynadığım borcu qartarmalı idiniz" deyə, Nazilə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR