Luqansk vilayətində Rusiya helikopteri VURULDU

Luqansk vilayətində Ukrayna zenitçisi Rusiyaya məxsus "Mi-24" helikopterini vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, hərbçilər dörd rus helikopterindən ibarət qrup aşkar edib, ikinci cütün liderini isə “Stinger MANPADS” ilə vurub.

“Hava hücumundan müdafiə bölmələri döyüş tapşırıqlarını yerinə yetirməkdə və düşmənin hava hücumu silahlarını məhv etməkdə davam edir”, - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR