İrandan nüvə müqaviləsi ilə bağlı ABŞ-a çağırış

“ABŞ-ın nüvə müqaviləsinə qayıdıb öhdəliklərə sadiq qalacağı təqdirdə Vyanadakı müzakirələrdə yaxşı və etibarlı razılıq əldə edilə bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian açıqlama verib. O bildirib ki, nüvə məsələsi ilə danışıqlar davam edir və hələlik yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, Vyanadakı danışıqlarda İran ordusunun ABŞ terror siyahısından çıxarılmasının tələb edilməsi müzakirələrin davam etməsinə mane olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR