Albaniyada güləşçilərimiz 2 medal qazandı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə beynəlxalq turnir keçirilib.

Metbuat.az xəbər verir ki, mayın 12-də start götürən yarış 4 gün davam edib.

Turnirdə ölkəmizi sərbəst güləş üzrə yığmamızın 2 üzvü, uzun müddət zədə üzündən yarışlarda iştirak edə bilməyən Xadjimurad Qadjiyevlə (74 kq) Vaxit Qalayev (125 kq) təmsil edib.

Qadjiyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qalayev isə bürünc medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR