Azərbaycan və 5 ölkə "Avroviziya"nın münsiflər heyətindən çıxarılıb

“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxarıb.

Metbuat.az xəbər verir ki, bu barədə yarışmanın saytında məlumat yerləşdirilib.

Sözügedən ölkələr Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodur.

Həmin ölkələr qaydaları pozmaqda ittiham edilir.

Qeyd edək ki, bu gün “Avroviziya” mahnı müsabiqəsinin canlı yayımında münsif səsverməsi zamanı texniki problemlərin yaşandığı bildirilmişdi. Bu səbəbdən Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, Martin açıqlamışdı. O, ölkəmizin 12 xalı Böyük Britaniyaya verdiyini söyləmişdi. N.Salmanova isə "Sabaha saxlamayaq" verilişində Azərbaycanın həmin xalı əslində Ukraynaya göndərdiyini qeyd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR