Emrelinin komandası Xorvatiya çempionu oldu

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

Metbuat.az xəbər verir ki, komanda səfərdə “Sibenik”ə 2:0 hesabı ilə qalib gələrək çempionluğua nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi “Hayduk” üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib.

Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.

Beləliklə, “Dinamo” tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR