DİN-dən "Rəisim" mahnısına reaksiya -

Ötən gün gən müğənni Mujgan Ayxan tərəfindən ifa edilən “Rəisim” adlı mahnı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, mahnının sözləri sevgilisi olan rəislər həsr olunub.

Mahnıya həm də klip çəkilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-a açıqlamasında istənilən müsbət təbliğatın maarifləndirmədə faydalı olduğunu bildirib:

“Polisin fəaliyyəti insanlara görə yox, insanların əməllərinə görə dəyişir. Polis sıralarında olan hər bir əməkdaş xalqın övladıdır. Bu mənada görülən işlər, həyata keçirilən tədbirlər polisin fəaliyyətinin əsasını təşkil edir.

Ancaq hamı razı qala bilməz, çünki mübahisəlidir. Polisdən o insanlar razıdır ki, qanunlara ehtiramla yanaşır, ictimai münasibətlərə, hüquq qaydasına şərtsiz əməl edir”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR