ÜST-dən DƏHŞƏTLİ AÇIQLAMA: "Kanalizasiya suları içməli suya qarışıb və..."

"Mariupolda vəba epidemiyası mümkündür, suyun çatışmazlığı və keyfiyyəti ilə bağlı problemlər var".

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Ukrayna üzrə insidentlər üzrə meneceri doktor Dorit Nitsana keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, indi işğal olunmuş ərazilər, xüsusən də Mariupol təhlükə altındadır:

"Xüsusilə, Mariupolda ruslar su təchizatını qismən bərpa etdilər, lakin boruların ciddi şəkildə və tez-tez zədələnməsi səbəbindən içməli su kanalizasiyadan sızmalarla qarışdırılır".

"Qeyri-hökumət təşkilatlarından məlumat alırıq ki, Mariupolda kanalizasiya suları içməli suya qarışıb. Bu, bir çox xəstəliklərin, xüsusən də vəbanın yayılması ilə nəticələnəcək. Biz buna hazırlaşırıq, peyvəndlər hazırlayırıq, ora gedib insanlara dəstək ola biləcək qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik", - Nitsana deyib.

Qeyd edək ki, mayın 13-də infeksionist, İmmunoprofilaktika üzrə Milli Texniki Ekspert Qrupunun sədri Fyodor Lapiy Ukraynada müharibə zamanı difteriya və vəba xəstəliklərinin artması riskinin olduğunu bildirib . O qeyd edib ki, artıq Ternopol vilayətində difteriyaya yoluxma halları qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR