Tacikistan əməliyyatlara başladığını elan etdi: Mərkəzi Asiyada nə baş verir?

Tacikistan ordusu ölkənin şərqindəki Dağlıq Bədəxşan Muxtar Vilayətində antiterror əməliyyatlarına başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, ötən gecə ictimai-siyasi sabitliyi pozmaq üçün cinayətkar dəstələr Düşənbə-Kulma magistralının Ruşandan keçən hissəsini bağlayıb. Məlumata görə, cinayətkarlar xaricdəki terror təşkilatının dəstəyi ilə silahlarla təmin edilib. Həmçinin silahlılar terror hücumları təşkil etmək üçün muzdlu döyüşçüləri cəlb edib. Məlumata görə, xəbərdarlıqlara baxmayaraq silahlılar müqavimət göstərib.

Xaricdəki terror təşkilatları tərəfindən maliyə alan cinayətkarların əməllərində terror tərkibli cinayətların olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR