Tacikistan ordusu 8 silahlını məhv etdi

Tacikistan ordusunun ölkənin şərqindəki Dağlıq Bədəxşan Muxtar Vilayətində həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 8 silahlı məhv edilib. 70-dən çox silahlı saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hərbi əməliyyatlar zamanı 1 hərbçi həlak olub. 13 hərbçi yaralanıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi ölkənin şərqindəki Dağlıq Bədəxşan Muxtar Vilayətində antiterror əməliyyatlarına başladığını açıqlamışdı. Bildirilib ki, ictimai-siyasi sabitliyi pozmaq üçün cinayətkar dəstələr Düşənbə-Kulma magistralının Ruşandan keçən hissəsini bağlayıb. Çinayətkarlar xaricdəki terror təşkilatının dəstəyi ilə silahlarla təmin edilib. Həmçinin silahlılar terror hücumları təşkil etmək üçün muzdlu döyüşçüləri cəlb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR