Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və Ölkə Əlaqələndirmə Komitəsinin təşəbbüsü ilə “İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, sıfır ayrıseçkilik - stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə tədbiri” keçirilib.

Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, tədbirdə “Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət” adlı təqdimatla çıxış edən RQMM-in direktoru Famil Məmmədov deyib ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur:

“Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5 min 611-i kişi, 2 min 448-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edən Azərbaycan vətəndaşlarının sayı isə 1181 nəfərdir.

Mərkəzin direktoru deyib ki, Azərbaycan vətəndaşları arasında 1987-ci ildən bu ilin aprelinədək olan müddət ərzində aşkar olunan halların 37,2 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib:

"Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR