Azərbaycanın Xalq artisti VƏFAT ETDİ -

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

Metbuat.az xəbər verir ki, sənətkar bu gün 75 yaşında dünyasını dəyişib.

Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb.

10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR