ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollar yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib.

Xatırladaq ki, mayın 19-da ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq təcili hərbi və humanitar yardım paketini təsdiqləyib.