Ermənistanda MTN polkovniki həbs olundu

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovnik-leytenantı saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə MTX-nin sabiq rəhbəri, hazırda Ermənistan müxalifətinin liderlərindən biri olan Artur Vanetsyan bildirib.

Onun sözlərinə görə, yaxın dostu olan Aram Qriqoryan saxlanılaraq polis idarəsinə aparılıb. Daha sonra onun evində axtarışlar həyata keçirilib.

Polkovnikin hansı səbəbdən saxlanılması barədə rəsmi açıqlama verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR