“Meymun çiçəyi” bu dəfə İsveçrədə aşkarlandı

İsveçrənin Bern şəhərində "Meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Virus aşkarlanan şəxsin xaricdə yaxın fiziki təmas nəticəsində yoluxduğu bildirilib.

Xatırladaq ki, bundan öncə İsrail, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ-da "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarına rast gəlinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR