Bu gün Davos İqtisadi Forumu başlayır

Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır.

Metbuat.az xəbər verir ki, Forum 35 ildən sonra ilk dəfə Rusiya iş adamları və rəsmilərinin iştirakı olmadan keçirilir.

Forum çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski də çıxış edəcək.

Bu il görüşün mərkəzi mövzusu “Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları”dır. Forumda Rusiyanın Ukraynaya müdaxiləsi, Ukrayna infrastrukturunun bərpası, COVID-19 pandemiyası və iqlim dəyişikliyi və.s məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, tədbirdə 2,5 milyondan çox insan, o cümlədən 50-yə yaxın dünya lideri iştirak edəcək. Onların arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, BQXK-nın rəhbəri Peter Maurer, BVF-nin rəhbəri Kristalina Georgiyeva, Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR