Keşlədə Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açıldı: Əhali etiraza qalxdı - VİDEO

Gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsində gərginlik olması barədə görüntülər yayılıb.

Metbuat.az "qafqazinfo"ya istinadən məlumatına görə, iddia olunub ki, qəsəbə ərazisində Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılıb və etiraz məhz buna görədir.

Hadisə yerinə dərhal polis əməkdaşları da gəlib.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib: “Hüquq çərçivəsində tərəfləri narahat edən hallar və onun xüsusatları araşdırılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR