Rəşad Sadıqovun Zubirin təbrikinə cavabı:

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dan sabiq komanda yoldaşı Abdulla Zubirin onu bürünc medal qazanması münasibətilə təbrikinə maraqlı cavab verib.

Metbuat.az-ın məlumatına görə, Zubir Sadıqovu baş məşqçi kimi ilk medalı qazanması münasibətilə təbrik edib.

"Sən bunu haqq etdin, mənim qardaşım. Sənin adına sevinirəm” deyən Zubirin tərbikinə Sadıqovun cavabı maraqlı olub. Belə ki, baş məşqçi "Təşəkkür edirəm. Ümid edirəm ki, sən məni mayın 27-dəki kubok oyununun finalından sonra da təbrik edərsən", - deyə cavab verib.

Qeyd edək ki, mayın 27-də Azərbaycan kubokunun finalında məhz “Zirə” “Qarabağ”la üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR