Təbii balın insan orqanizminə faydaları

Balın əldə olunması üçün arılar ətrafdakı çiçəklərdən nektar toplayırlar. Balın qoxusu, dadı və rəngi nektarın toplandığı çiçək növünə görə dəyişir. Bir xörək qaşığı balda fruktoza, qlükoza, koko, maltoza və saxaroza da daxil olmaqla 64 kalori və 17 qram şəkər var. Yüksəkkeyfiyyətli balın tərkibi mineral, vitamin və antioksidantlarla zəngindir. Bal tərkibindəki müxtəlif maddələrin birləşməsi səbəbindən təsirli antioksidant xüsusiyyətə malikdir. Tədqiqatlara görə, bal qandakı antioksidant miqdarını artırır, antioksidantlar isə orqanizmdə infarkt, insult və ya bəzi xərçəng növləri riskini azaltmağa kömək edir. Eyni zamanda, göz sağlamlığına xeyirdir.

Bal xolesterol və ürək xəstəliyi riskini azaltmaq xüsusiyyətinə malikdir. Ürək xəstəliklərinə səbəb ola biləcək risklərdən biri qanda trigliserid adlanan yağ komponenti səviyyəsinin normadan yüksək olmasıdır. Şəkərli və karbohidratlı qidaların bol istehlakı orqanizmdə trigliseridlərin səviyyəsini artırır, lakin bəzi araşdırmalara görə, müntəzəm olaraq şəkər əvəzinə balın istifadə edilməsi trigliserid səviyyəsini 19 faiz azaldır.

Balın tərkibindəki antioksidantlar ürək damarlarını genişləndirir və bununla da qan laxtalanması halının qarşısını alır.

Qədim Misirdə bal yaraları və yanıqları sağaltmaq üçün istifadə edilib. Dəriyə tətbiq edildikdə yara və yanıqların müalicəsində təsirlidir. Bəzi dəri xəstəliklərinin, xüsusilə diabetik ayaq yaralarının müalicəsində istifadə edilir.

Şiddətli öskürək uşaqlar üçün ciddi problemlər yarada bilər. Bal öskürəyi azaldır və öskürək səbəbilə uşaqlarda itirilən yuxu keyfiyyətini bərpa edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR