5 şəhid bir

Türkiyə Silahlı Qüvvələri şəhid verib.

Metbuat.az xəbər verir ki, “Pəncə-Kilid” əməliyyatında terrorçularla baş verən qarşıdurmada 5 əsgər şəhid olub, 2-i yaralanıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda, leytenant Abdulkadir Gülər, çavuş Onur Doğan, çavuş Hüseyin Çankaya, çavuş Bican Kapılay və müqaviləli əsgər Celal Tekederelinin Meluni dağı yaxınlığında terrorçularla qarşıdurma zamanı şəhid olduqları qeyd olunub.

Sosial mediada şəhid olan əsgərlərin birlikdə çəkdirdikləri son foto paylaşılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR