Uşaq bağçasında RƏZALƏT -

Ötən gün sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqların qidalanması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb. Şəkildə uşaqlara quru çörək və peçenye verilməsi əks edilib. Məsələ ilə bağlı bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin monitorinq qrupu həmin müəssisədə olub.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı uşaq bağçasında körpələrə quru çörəklə peçenye verilməsini əks etdirən fotalar yayılıb.

Nəticədə fotoları görə hər kəs uşaq bağçasının rəhbərliyi qınamağa və tənqid etməyə başladı. Bağçanın müdiri Lalə Qədəşova isə deyir ki, fotolar həqiqəti əks elətdirmir.

İddialara görə, fotoları bağçanın tərbiyəçisi Gülnar Rzayeva çəkib. Çəkiliş zamanı onun da mövqeyini öyrənmək istəsək də Gülnar xanım danışmaqdan imtina etdi.

Övladlarını və yaxınlarını bağçaya etibar edən Şabran sakinləri də hesab edir ki, fotolar reallığı əks etdirmir.

Artıq məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil idarəsi tərəfindən bağçada yoxlamalara başlanılıb.

Araşdırmaların nəticəsi olaraq məsələyə qiymət veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR