ABŞ Rusiyanın müharibə itkilərini açıqladı -

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri rus qoşunları daim hərbi texnikada ciddi itkilər verirlər.

Metbuat.az xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbəyə istinadən məlumat yayıb.

Pentaqonun məlumatına görə, rus qoşunlarının itkiləri aşağıdakı kimidir:

təxminən 1000 tank;

350-dən çox artilleriya;

təxminən 30 qırıcı-bombardmançı;

təxminən 50 helikopter

ABŞ hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alsaq belə, Rusiya Federasiyası hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR