Türkiyə ordusu 16 terrorçunu məhv etdi

Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi “Pəncə-kilit” antiterror əməliyyatları nəticəsində daha 16 terrorçu məhv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, hərbi əməliyyatlar nəticəsində terrorçuların gizləndiyi mağaralar müəyyən edilərək, sıradan çıxarılıb. Terrorçulara məxsus düşərgələr məhv edilib. Antiterror əməliyyatları davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR