Məmmədyarov Aryan Tari ilə, Rəcəbov Uesli So ilə üz-üzə gələcək

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçirəcək.

Metbuat.az xəbər verir ki, Məmmədyarov I turda norveçli Aryan Tari ilə ağ, Rəcəbov ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayacaq.

Xatırladaq ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR