Çempionlar Liqasının rəmzi komandası bəlli oldu

UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün rəmzi komandası açıqlanıb.

Metbuat.az xəbər verir ki, rəmzi heyətdə bu mövsümün finalına yüksələn “Liverpul” və “Real”dan (Madrid) hərəyə dörd futbolçu düşüb. “Çelsi”, “Mançester Siti” və PSJ-dən isə hərəyə bir futbolçu rəmzi yığmada yer alıb.

Beləliklə, Çempionlar Liqasında mövsümün rəmzi komandası:

Qapıçı: Tibo Kurtua (“Real”)

Müdafiəçilər:
Endryu Robertson, Vircil van Deyk, Trent Aleksandr-Arnold (hamısı “Liverpul”), Antonio Rüdiger (“Çelsi”)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Fabinyo (“Liverpul”), Kevin de Brüyne (“Mançester Siti”)

Hücumçular: Vinisius Junior, Kərim Benzema (ikisi də “Real”), Kilian Mbappe (PSJ)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR