Bu ölkədə benzin kəskin ucuzlaşdı -

Macarıstanda yanacağın qiymətinin ucuz olması gərginliyə yol açıb.

Metbuat.az xəbər verir ki, qonşu ölkələrin sakinləri və Avropanın yanacaq şirkətləri benzin əldə etmək üçün Macarıstana axın etməyə başlayıb. Məsələ burasındadır ki, Macarıstanda ötən il yanacağın qiyməti rəsmi dairələr tərəfindən tənzimlənib və sabit saxlanılıb. Avropa ölkələrində yanacağın bahalaşmasına baxmayaraq, Macarıstanda qiymət dəyişməyib. Macarıstan hökuməti sıxlığı aradan qaldırmaq və növbələri azaltmaq üçün benzinin yalnız yerli dövlət nömrəli nəqliyyat vasitələrinə satılması ilə bağlı qərar qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR