MİQ-də bu fənlər üzrə vakant yerlər çoxluq təşkil edir -

"Əsasən musiqi, təsviri incəsənət, kimya, biologiya fənləri üzrə vakant yerlər çoxluq təşkil edir".

Metbuat.az-ın məlumatına görə, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Təhsil masası"nda deyib. Onun sözlərinə görə, adətən müəllimlərin işlə qəbulu müsabiqəsində 8 minə yaxın, bəzən 8 mindən çox vakant yer çıxarılır. Bu il də bu qədər vakant yerin olacağı gözlənilir:

"Müəllimlərə seçim edərkən bu amili nəzərə almalarını xahiş edirik. Əsasən musiqi, təsviri incəsənət, kimya, biologiya fənləri üzrə vakant yerlər çoxluq təşkil edir. Müəllimlər seçimdə 8 yer yaza biləcəklər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR