“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu

Türkiyənin “Fənərbağça” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, "sarı larcivətlilər" 68 yaşlı portuqaliyalı mütəxəssis Jorji Jezuşla bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Jorji Jezuş karyerası ərzində üç müxtəlif ölkədə dörd dəfə ölkə çempionluğu əldə edib. O, Portuqaliyanın “Benfika” klubunda daha çox uğur qazanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR