ABŞ-da yenə kütləvi qətliam: Silahlı şəxs özünü və iki nəfəri ÖLDÜRDÜ

ABŞ-da yenə silahlı qətliam baş verib.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, Ayova ştatında silahlı şəxs bir kilsənin dayanacağında iki gənc qadını vuraraq öldürdükdən sonra həmin silahla özünə də atəş açaraq özünü öldürüb.

Qatilin kimliyi və motivləri barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, həftəsonu ABŞ-da ən azı 14 kütləvi atışma baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR