Rusiya məşhur yazıçını axtarışa verdi

Rusiyada məşhur yazıçı Dmitri Qluxovski barəsində axtarış elan edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Rusiya DİN-i məlumat yayıb.

Onun hansı səbəbdən axtarışa verildiyi açıqlanmayıb.

Rusiya mətbuatının məlumatına görə, yazıçı rus ordusu haqqında tənqidi fikirlər söylədiyi üçün onun haqqında cinayət işi açılıb.

Qeyd edək ki, Dmitri Qluxovski “Metro 2033”, “Mətn” və digər məşhur əsərlərin müəllifidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR