Türkiyə ordusu daha 8 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 8 YPG/PKK terrorçusunu zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun budağı” və “Barış Pinarı” əməliyyatları zonasında məhv edilib.

Əməliyyatlar artilleriya atəşi dəstəyi ilə həyata keçirilib.

Nazirlik Türkiyənin terrora qarşı qətiyyətli mübarizəsini davam etdirəcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR