“Brent” neftinin qiyməti 121 dollara yaxınlaşıb

Dünya bazarında neftin qiyməti artıb.

Metbuat.az xəbər verir ki, "Brent" markalı neftin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,33% artaraq 1 barelə görə 120,97dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti 0,43% artaraq 119,92 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR