Zelenski NATO-nun sammitinə dəvət olunacaq

Zelenski NATO-nun sammitinə dəvət olunacaqVolodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski NATO dövlət və hökumət başçılarının iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək görüşünə dəvət olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə cümə axşamı EFE agentliyi məlumat yayıb.

İspaniya hökumətinin NATO və digər qurumlarla koordinasiyada sammitə hazırlığı yekunlaşdırdığı bildirilir. Agentliyin məlumatına görə, görüşün yekun proqramı hələlik alyans tərəfindən təsdiqlənməyib. Bundan sonra Ukrayna Prezidentinə görüşdə iştirak etmək üçün dəvət göndəriləcək.

Sammitdə ümumilikdə 5 minə yaxın iştirakçının - nümayəndə heyətlərinin və müxtəlif təşkilatların üzvləri, jurnalistlərin olacağı gözlənilir. İclasa 40-dan çox beynəlxalq lider gəlməlidir: NATO ölkələrinin 30 dövlət və hökumət başçısı ilə yanaşı, Avstraliya, Avstriya, İrlandiya, Kipr, Malta, Yeni Zelandiya, Finlandiya, İsveç, Cənubi Koreya və Yaponiya da gözlənilir. Sammitdə Avropa qurumlarının rəhbərləri də iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR