DİM sədri imtahanlardan xaric edilən abituriyentlərə

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qayda pozuntusuna görə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyini deyib.

Metbuat.az xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək.

"Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəman"a çevrilir. Həmin şəxslər bu addımı bilə-bilə atıblar. Onların bu il müsabiqədə iştirak etmək hüququ yoxdur, bu, qaydalarda qeyd edilib", - o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR