ABŞ-dan Türkiyə - Yunanıstan gərginliyi barədə açıqlama

“Müttəfiqlərimizi gərginliyi artıracaq bəyanatlardan çəkinməyə çağırırıq”.

Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə açıqlama verib. O bildirib ki, Yunanıstan və Türkiyə ABŞ-ın güclü müttəfiqləridir:

“Bizim bu məsələdə mövqeyimiz budur ki, bütün ölkələrin suverenliyinə hörmət edilməlidir. Biz NATO müttəfiqlərimiz olan Yunanıstan və Türkiyəni bölgədə sülh və təhlükəsizlik üçün əməkdaşlıq etməyə və problemlərini diplomatik yollarla həll etməyə sövq edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR