Xersonda rusların müdafiə xətti yarıldı:

Ukrayna ordusu Xersonda ciddi uğurlar əldə edib.

Metbuat.az xəbər verir ki, Xerson vilayətinin rəsmi nümayəndəsi Sergey Xlan belə açıqlama verib. O bildirib ki, rus qüvvələri Xerson vilayətindəki birinci müdafiə səddindən çıxarılıblar. Rəsmi nümayəndənin sözlərinə görə, ukraynalı hərbçilərin əks-hücumlarından sonra ruslar ikinci və üçüncü müdafiə xəttinə çəkilərək, burada möhkəmlənməyə çalışırlar. Məlumata görə, Ukrayna ordusu arxa cəbhədə yerləşən rusların silahlarının olduğu anbarlara dəqiq zərbələr endirib.

Rusların sursat anbarına 3 dəfə dəqiq zərbə endirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR