Rusiya və NATO arasında müharibə bu ölkədə başlaya bilər -

“Rusiya və NATO arasında mümkün müharibə meydanı Litvanın cənub-şərqində yerləşən Druskininkay şəhərindəki Suvalki dəhlizində ola bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. Bildirilir ki, Druskininkay şəhəri Belarus sərhədindən bir neçə kilometr məsafədə Rusiyanın quru əlaqəsi olmayan Kalininqrada gedən ərazidə yerləşdiyindən strateji əhəmiyyət daşıyır. Qərb ölkələrinin ekspertləri iddia edirlər ki, Prezident Vladimir Putin NATO ilə gərginliyi artırmaq istəsə əvvəlcə bu ərazini hədəfə alacaq.

Uzunluğu təxminən 100 kilometr olan Suvalki dəhlizi Rusiya tərəfindən ələ keçirilsə, Avropanın Baltikyanı ölkələrlə əlaqəsi olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR