“Türkiyə ilə razılığa gələ biləcəyimizə inanmırıq. Sentyabr ayına qədər NATO-ya üzv ola bilmərik”.

Metbuat.az xəbər verir ki, Finlandiya Prezidenti Sauli Ninistö belə açıqlama verib. O bildirib ki, Türkiyə tələbləri ilə bağlı geri addım atmayıb.

“Buna baxmayaraq danışıqlarda müsbət məqamlar var. Danışıqlar davam edir.Türkiyə ilə İspaniyada keçiriləcək NATO zirvəsində razılığa gələ biləcəyimizə inanmıram”.