Bakıda ənənəvi yapon şirniyyatlarının hazırlanması üzrə ustad dərsi keçirilib

Yaponiya səfirliyi Bakıda ənənəvi yapon şirniyyatlarının hazırlanması üzrə ustad dərsi təşkil edib.

Metbuat.az xəbər verir ki, Yaponiyadan dəvət olunan tanınmış şirniyyatçı Takayuki Maeda tədbirin qonaqlarını nerikiri şirniyyatının hazırlanmasının sirləri ilə tanış edib.

Qeyd edək ki, Takayuki Maeda Yaponiyanın Osaka şəhərinin Sakai rayonunda 90 ildən çoxdur fəaliyyət göstərən məşhur “Housen Confectionery” mağazasının əsas şirniyyat ustasıdır. O, Koreya, Sinqapur, Vyetnam və digər xarici ölkələrdə şirniyyatçı kimi çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR