Şuşada yaşayış zonasında bina tikintisinə 15 milyon manat xərclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Cənub yaşayış zonasında yaşayış binasının tikintisinə dair elan etdiyi 2 açıq tenderə yekun vurub.

Metbuat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər iki tenderin qalibi "Conco" QSC-dir.

Qalib şirkətə müvafiq olaraq 7,682 milyon manat və 7,005 milyon manat, ümumilikdə isə 14,687 milyon manat ödəniləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR