Ukraynaya namizədlik statusunun verilməsinə Rusiyadan münasibət

“Ukrayna və Moldovaya namizəd statusu verilməsi Rusiya üçün problem yaratmamalıdır”.

Metbuat.az xəbər verir ki, kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, bu, Avropanın daxili məsələsidir.

“Əsas odur ki, namizədlik statusu Rusiya və Avropa Birliyi arasındakı əlaqələrə əlavə problem yaratmasın” - Peskov bəyan edib.

Qeyd edək ki, Avropa Birliyi Ukrayna və Moldovaya namizədlik statusu verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR