“Qarabağda ədalət bərpa olunursa, bu, birliyimizdəndir” -

“Azərbaycanda - Qarabağda ədalət və haqq bərpa olunursa, bu, bizim birliyimizdən, bərabərliyimizdəndir”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

"Biz azərbaycanlı qardaşlarımızın yanındayıq, Liviyadayıq, Suriyada haqqın, qanunun, haqqın təmsilçisiyik”, - daxili işlər naziri qeyd edib.

Süleyman Soylu Türkiyənin on minlərlə vətəndaşının ay-ulduzlu bayrağın enməməsi üçün mübarizəni davam etdirdiyini bildirib.

Nazir qeyd edib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə yeni-yeni nailiyyətlərə imza atacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR