Tovuzda evə ildırım düşdü -

Tovuzda yağan yağışdan sonra rayon ərazisində vətəndaşa məxsus evə ildırım düşüb.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Eldəniz Quliyev küçəsi ikinci dalanda qeydə alınıb.

Tovuz rayon sakini, 1974-cü il təvəllüdü Elnur Bağırova məxsus ümumi sahəsi 140 kvadratmetr olan, 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi evə düşən ildırım nəticəsində evin dam örtüyündə yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub. Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib.

Hadisə zamanı evdə heç kim olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR