Rusiyadan Türkiyənin NATO qərarına ilk reaksiya: Səhvdir...

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına razılıq verməsi Rusiyada etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, məsələyə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov münasibət bildirib. O Ria novosti agentliyinə açıqlamasında bildirib ki, Finlandiyanın və İsveçin NATO-ya qoşulmaq istəməsi səhv qərardır.

“Sabitliyə zərər verir və NATO ölkələrinin təhlükəsizliyinə kömək etməyəcək” - Ryabkov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR