Qəhvə fasiləsindən sonra gələn zəfər: Ərdoğan tələblərini belə qəbul etdirib - Detallar

Madriddə Türkiyə-Finlandiya-İsveç arasında imzalanmış memorandumla bağlı bəzi detallar məlum olub.

Metbuat.az Röyters agentliyinə istinadən xəbər verir ki, toplantıda iştirak edən rəsmilər qapalı keçən danışıqlardan bəhs edib. Bildirilir ki, danışıqlar saatlarla davam etsə də, Prezident Rəcəb Tayyib Ərdoğan mövqeyindən geri çəkilməyib. Tərəflərin güzəşt etməməsi danışıqların gərgin keçməsinə səbəb olub.

Tərəflər saatlarla müzakirə aparsa da, nəticə olmayıb. Ardınca tərəflər qəhvə içmək üçün danışıqlara fasilə verib. Fasilədən qayıdandan sonra danışıqlar müsbət ab-havada davam edib. Nəticədə razılıq əldə edilib.

Qeyd edək ki, Qərb mətbuatı memorandumu Ərdoğanın zəfəri kimi qələmə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR