Türkiyədə torpaq sürüşməsi:

Türkiyənin Artvin vilayətində torpaq uçqunu olub.

Metbuat.az xəbər verir ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 3 yük maşını isə qayaların altında qalıb.

Vəfat edən sürücü azərbaycanlıdır. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirildi ki, həmin şəxsin kimliyi araşdırılır:

"Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət eləsin", - deyə məlumatda qeyd olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR