İranın cənubunda Hörmüzqan əyalətində baş verən 6,1 bal gücündə zəlzələdən sonra 6,1 və 6,3 bal gücündə daha iki zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Nəticədə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.